FotoGənclər fonduGündəmManşet

Peşə seçiminin əhəmiyyəti barədə müzakirə aparılıb – FOTOLAR

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi “Dostluq” Gənclərin əlaqələndirmə mərkəzi ictimai birliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında Davamlı İnsan İnkişafı naminə peşə seçiminin əhəmiyyəti” adlı layihənin təlimi keçirilib.

Aktor.Az xəbər verir ki, “Dostluq” Gənclərin əlaqələndirmə mərkəzinin sədri Yusif Ağayev tədbirdə çıxış edərək qeyd edib ki, Davamlı İnsan İnkişafı baxımından peşə seçiminin vacibliyi təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi əhəmiyyət daşıyır. Son illərdə dünyada gedən proseslər onu göstərir ki, dünya sürətlə dəyişməkdədir. Bu dəyişim bütün sahələrdə özünü göstərməkdədir. Risklər artmaqda, ölkələr arası rəqabət dərinləşməkdə, ali təhsillə əmək bazarı arasında ciddi dəyişikliklər baş verməkdədir. Bu günki reallıqları nəzərə alaraq, demək olar ki, bundan sonra yalnız adaptasiya qabiliyyətli, innovativ, inkluziv, çevik və bilik üzərində qurulan strategiyaları olan ölkələr uğur əldə edə biləcəklər.

Mərkəz rəhbəri Y.Ağayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü “qara qızılın” “insan qızılı”na çevrilməsi konsepsiyası məhz problemin əhəmiyyətini aydın şəkildə izah edir. Azərbaycanın müəyyən etdiyi inkişaf strategiyası məhz bu istiqamətdədir. Davamlı inkişaf strategiyası ölkənin bu gününə, gələcəyinə və dünyanın qorunmasına istiqamətlənməsidir. Yəni bütün resurslar elə istifadə edilməlidir ki, həm inkişaf davamlı olsun, həm də dünya deqradasiyadan qorunsun. Bu hədəflərə çatmaq və töhfə vemək vətəndaş cəmiyyətinin təmsilçisi olaraq bizi də düşündürür və problemin həllinə töhvə verməyə təşviq edir.

Y.Ağayev xüsusi vurğulayıb ki, layihənin ideyası akademik Urxan Ələkbərovun “Davamlı inkişafdan ekoloji sivilizasiyaya: ali təhsil və əmək bazarı” adlı məqaləsindən qaynaqlandı. Məqsəd cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ilk peşə və orta ixtisas təhsili standartları, əmək bazarının tələbatına uyğun peşələr və ixtisaslar üzrə peşə və orta ixtisas təhsilli kadr və mütəxəssis hazırlığının təmin edilməsi, müasir peşə-tədris mərkəz və komplekslərin yaradılması, qeyri-hökumət və beynəlxalq qurumlarla əməkdaşlıq sahənin inkişafının əsasında dayanır.

Bu sahədə nəzəri və praktik biliklərə malik olan ekspertlər Sabunçu Gənclər Evinin direktoru Rəvanə Həşimova, Siyasi elmlər üzrə ekspert, Dövlət İdarəçilik Akademiyası “Politologiya və siyasi idarəetmə kafedrası”nın dosenti, fəlsəfə doktoru Zaur Məmmədov, Davamlı insan inkişafı üzrə ekspert, Dövlət İdarəçilik Akademiyası “Davamlı inkişafın planlaşdırılması və idarəedilməsi” kafedrası”nın dosenti, fəlsəfə doktoru Miraqil Seyidzadə, Jurnalistika təhsili və informasiya kommunikasiya texnologiyaları üzrə ekspert, Aktor.az portalının rəhbəri Telman İsa, Peşə təhsili və informasiya kommunikasiya texnologiyaları üzrə ekspert  Əliyar Musayev, AQRO Konsultasiya Mərkəzinin rəhbəri Cavidan Ağazadə, gənclərdən Coşqun Ələkbərov, Murad Həsənxanlı, Qazi Zərif, Cəfər Cəfərov, Raya Ağazdə, Aytəkin Hacıyeva və digərləri çıxış edərək cəmiyyət həyatı üçün peşə təhsilinin əhəmiyyəti və inkişafı konsepsiyasının tədrisi layihəsi çərçivəsində peşə təhsilinin əhəmiyyəti konsepsiyası və prinsiplərinə təşviq edilməsini olduqca vacib hesab etdilər. Qeyd edildi ki, hər kəs öz bacarığını kəşf etməli, inkişaf etdirməli və sahəsi üzrə peşəkar mütəxəssis olaraq özünü formalaşdırmalıdır. Düzgün peşə seçimi və sevdiyin işlə məşğul olmaq insanın zövqlü və rahat yaşayışının təminatıdır. Eyni zamanda cəmiyyətdə məşğulluq probleminin həll edilməsi baxımından zəruridir.

Tədbirin ikinci müzakirə hissəsində 30-dan çox iştirakçı çıxış edərək Davamlı İnsan İnkişafı naminə peşə təhsilinə diqqətin artırılması məqsədi ilə təşkil olunan layihə çərçivəsində otra, orta ixtisas, peşə təhsili, ali məktəblərin müəyyən olunmuş ixtisaslarında təhsil alanlar üçün nəzərdə tutulmuş təlimlərdə peşə təhsilinin əhəmiyyəti, bu sahənin stimullaşdırılması, Davamlı İnsan İnkişafı sahəsində peşə təhsilinin vacibliyi və. s kimi mövzuların müzakirəsinə qoşuldu. Təlimin sonunda iştirakşılara sertifikat, buklet, əyani vasaitlər təqdim edildi.

 

 

 

 

Bir cavab yazın