Ana SəhifəFoto“Gənclərin İnkişaf və Karyera Mərkəzi” gənclərin ixtiyarına verildi - FOTOLAR

“Gənclərin İnkişaf və Karyera Mərkəzi” gənclərin ixtiyarına verildi – FOTOLAR

2 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin açılış mərasimi baş tutub.

Fonddan Aktor.Az-a verilən məlumata görə,  Azərbaycan Gəncləri Gününə təsadüf edən tədris mərkəzinin açılışında, gənclər təşkilatlarının rəhbərləri və Gənclər Fondundan qrant almış ictimai fəal gənclər iştirak ediblər.

Tədbirin rəsmi açılış hissəsində çıxış edən Gənclər Fondunun rəhbərliyi qonaqları salamlamış və gələcəkdə Mərkəzin fəaliyyətinə uğurlar arzulamışdır. Açılış mərasimində iştirak edən gənclər təşkilatlarının rəhbərləri çıxış etmişlər. Daha sonra Mərkəzin rəhbəri öz çıxışında Təhsil Mərkəzinin fəaliyyət isiqamətləri o cümlədən gələcəkdə həyata keçiriləcək layihələr haqqında qonaqlara ətraflı məlumat vermişdir. Sonda gənclərin marağına səbəb olan əyləncəli viktorina təşkil edilmişdir.

 

RELATED ARTICLES

CAVABLA

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments