“Azərbaycan gəncliyi cənab Prezidentin yanındadır” – Elməddin Behbud
“İlk olaraq onu söyləmək istəyirəm ki, Gənclər Günündən söhbət gedərkən birinci növbədə Azərbaycanın müstəqilliyi göz önündə canlanır. Bunlar sinxron şəkildə bir-biri ilə üzvi surətdə bağlı olan, biri digərini tamamlayan, xatırladan tarixlər, hadisələrdir. Ölkəmiz müstəqil, suveren dövlət olmasaydı, təbii ki, 2 fevral tarixi də olmayacaqdı və yaxud gənclərə həsr olunmuş ilin təqviminin hər hansı bir xüsusi günü də olmayacaqdı. Azərbaycan gəncliyi müstəqil dövlətin vətəndaşları olaraq, hazırda qürurla, öz dövlətçiliyindən aldığı böyük güclə sabaha inamla, başı dik şəkildə beynəlxalq aləmdə hərəkət edə bilməyəcəkdilər”.
Bunu hafta.az-a açıqlamasında Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud deyib. DANİB sədrinin sözlərinə görə, ən böyük hadisə Azərbaycanın müstəqilliyidir. Azərbaycan gənclərinin müstəqil dövlətimizdə yaşamasıdır. Bu ən önəmli faktorlardan biridir. Elməddin Behbud həmçinin qeyd edib ki, biz gənclər günündən danışarkən ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar olması, xaosun aradan qaldırılması ölkənin ictimai-siyasi, eləcə də bütün sahələri üzrə platformasının relsə qoyulması üçün göstərdiyi əzmkarlığı və dövlət gənclər siyasətinin fundamental əsaslarının qoyması üçün atdığı addımları hökmən xatırlamalıyıq: “Bildiyimiz kimi, 1994-cü ildə ulu öndər sərəncam verdi. Bütün çətinliklərə rəğmən Gənclər və İdman Nazirliyini yaratdı. Bu gün də Gənclər və İdman Nazirliyi dövlətin gənclər siyasətini həyata keçirən basilica dövlət orqanıdır. Bu xəttlə çox mühüm işlər həyata keçirilir. Ölkəmizdə gənclərlə bağlı davamlı olaraq dövlət proqramları qəbul olunur. Azərbaycan çox mötəbər beynəlxalq gənclər tədbirlərinə ev sahibliyi edir. Artıq nəinki mərkəzdə – Bakıda, demək olar ki, əksər regionlarımızda gənclər mərkəzləri, olimpiya idman kompleksləri fəaliyyət göstərir. 1996-cı ildə Azərbaycan gənclərinin ilk forumu keçirildi. Həmin tarixdən sonra xüsusi olaraq gəncliyin inkişafına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biri oldu. Ümummilli liderimiz 1997-ci ildə fərman imzalayaraq fevralın 2-ni Gənclər Günü elan elədi. O tarixdən bu yana Azərbaycanda Gənclər Günü ciddi şəkildə qeyd olunmaqdadır”.
DANİB sədri Elməddin Behbud bildirib ki, hər bir dövlətin gələcəyi gənclərdən asılıdır. Dövlətin daşıyıcı gücünün əsas missiyasını gənclik elitası müəyyən edir. Bu mənada onların hərtərəfli qayğı ilə əhatə olunması pioritet maraqlarını gəncliyin də özü üçün əsas hədəf seçməsi, fəaliyyət istiqamətlərindən ən başlıcasına çevirməsi önəmli məsələdir: “Bu mənada cənab president İlham Əliyevin atdığı addımlar xüsusi ilə böyük əhəmiyyət kəsb edir. Gənclərin potensialının ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçilik sistemində onların iştirak payını genişləndirmək və bütün sahələrdə gənclərin təmsilçilik imkanlarını artırmaq, onların potensialının doğru-dürüst şəkildə realizəsi üçün 2005-ci ilin avqustun 30-da Azərbaycan gəncliyi Dövlət Proqramı təsdiq edildi. Bu proqram 2005-2009-cu illəri əhatə edir. Bu bir daha gənclərə dövlət qayğısını təmin eləmiş oldu. Bu sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin bütün istiqamətləri öz əksini tapıb. Bu istiqamətlər xalqımızın milli mənafeyinin inkişafına yönəldilərək gəncləri ideya müəllifi olmağa səslədi. Yəni, hər bir gəncə bununla mesaj verildi ki, sən təşəbbüskar ol, idarəçi kimi yetiş və Azərbaycanın gələcək inkişafının sükanında özünü hiss elə. Bu təhsil, sosial sahə, ictimaiyyətin bütün sahələrinə aiddir. Eyni zamanda, 2009-cu ildən sonra 2009-2014-cü illər üzrə dövlət proqramı qəbul olundu. 2017-ci ilin sentyabrın 15-də cənab president İlham Əliyevin sərəncamı ilə Azərbaycan Gəncliyi 2017-21-ci illərdə Dövlət Proqramı təsdiq edildi. Bu prqoramlar dünyada gedən prosesləri, müasir çağırışları nəzərə alaraq növbəti illərdə də Azərbaycan gəncliyinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi, onların innovativ düşüncə və rəqabətədavamlı biliklərinin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının zəruriliyini təşviq edirdi”.
DANİB sədrinin sözlərinə görə, bu mənada dövlət gənclər siyasətinin səmərəli həyata keçirilməsi üçün həm də gənclərin özündən çox şey asılıdır. Elməddin Behbud deyib ki, dövlət gənclər siyasətinin ən vacib komponentlərindən biri gənclərin gənclər təşkilatlarında birləşməsi və ölkənin ictimai həyatında yaxından iştirak etməsinin təşkil olunmasıdır: “Azərbaycanda 300-dən artıq gənclər təşkilatı dövlət qeydiyyatına alınıb. Bu gənclər təşkilatlarının önəmli bir qismi ölkənin ictimai-siyasi həyatında çox yaxından iştirak edirlər. Eyni zamanda, yaradıcı sferada, elmdə, iqtisadiyyatda, özəl sektorda, dövlət idarəetməsində də gənclər çox yaxından iştirak edir. Əlbəttə ki, bu cənab prezident İlham Əliyevin Azərbaycan gəncliyinin inkişafı üçün həyata keçirdiyi böyük işlərin və onların üzərinə düşən missiyanın gerçəkləşdirilməsi üçün hərtərəfli imkan yaratmasının diqqətidir, təzahürüdür. Bu gün cənab prezidentin iştirakı ilə Bakı Konqres Mərkəzində Azərbaycan Gənclər Gününə həsr olunmuş respublika toplantısı keçirildi. Cənab prezident orada həmişəki kimi çox geniş, proqram xarakterli nitq söyləyərək gənclərin qarşısında duran məsələlər haqqında danışdı. Prosesləri bird aha bəlirlədi. Mən xüsusi ilə bir məsələni vurğulamaq istəyirəm; cənab prezident dedi ki, Azərbaycan gənci peşəkar olamlıdır. Milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Bu çox mühüm vurğulu mesajdır. Ölkə başçısı orada bildirdi ki, biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bu çox mühüm mesaj idi. Dövlət gənc nəslin inkişafına yetərincə normal şərait yaradır. Ona göstərilən bu diqqəti yüksək qiymətləndirən Azərbaycan gəncliyi də daim dövlətin, cənab prezidentin yanındadır”.