ARMPK-nin prezidenti yığma komandanın üzləri ilə görüşüb
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov üzgüçülük idman növü üzrə Paralimpiya Milli Komandasının üzvləri ilə görüşüb.
Qurumdan Aktor.Az-a verilən məlumata görə, görüşdə Milli Komandanın baş məşqçisi, şəxsi məşqçilər və idmançılar iştirak ediblər. Milli Komandanın baş məşqçisi Alaverdi Culfayev və şəxsi məşqçilər hər bir idmançının fiziki, texniki və psixoloji durumu haqqında, eyni zamanda Milli Komandanın “Tokio 2020” XVI Yay Paralimpia Oyunlarına hazırlıqla əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat veriblər.
Komitənin prezidenti İlqar Rəhimov Milli Komandaya yeni idmançıların, əsasən də Uşaq Paralimpiya Komitəsindən idmançıların seçilərək Milli Komandaya cəlb olunmalarını yüksək qiymətləndirərək Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar Komitənin mütəxəssislərinə və məşqçilərinə müvafiq tapşırıqlar verib.
Görüşdə gənc idmançıların valideynləri də iştirak ediblər. Onlar uşaqlarının idman vasitəsi ilə cəmiyyətə inteqrasiya olunmaları və böyük idmana qoşulmaları ilə qürur duyduqlarını bildiriblər. İ.Rəhimov valideyinlərə Komitə ilə sıx əlaqə qurmalarının vacib olduğu bildirərək, Komitə mütəxəssislərinin onlara müvafiq köməkliklərin göstərəcəyini qeyd edib.