Ana SəhifəDiasporİstanbulda azərbaycanlıların qan davası - 6 nəfər öldürüldü / FOTOLAR

İstanbulda azərbaycanlıların qan davası – 6 nəfər öldürüldü / FOTOLAR

İstanbulda cinayəti araşdıran polis iki azərbaycanlı qrup tərəfindən törədilən silsilə cinayəti ortaya çıxarıb.BakuPost xarici KİV-ə istinadən xəbər verir ki, 2018-ci il avqustun 8-də İstanbulda azərbaycanlı Gəncəli Əliyev qətlə yetirilib.
Qatil həmin vaxt hadisə yerindən qaçmağa nail olub.
Aparılan araşdırmalar zamanı hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı azərbaycanlı Sahib M saxlanılıb.
Uzun müddətli axtarışdan sonra bəlli olub ki, cinayətin törədildiyi məhəllədə bir müddətdir azərbaycanlılar arasında silahlı insidentlər yaşanır.
Belə ki, 2015-ci il dekabrın 9-u, yerli vaxtla 23:30-da Sultanqazi 50-ci İl məhəlləsində Sahib M.-nin böyük qardaşı Ramil M. şəxsi ədavət zəminində Natiq G. və atası Yapon G.-ni qətlə yetirib.
2015-ci il yanvarın 15-də Sahib M. iki dostu ilə birlikdə qardaşının qətlində şübhəli bildiyi Misirxan Əliyevi Qaziosmanpaşada güllələyərək, öldürüb.
Elə həmin ilin avqustun 8-də Sahib M. bu dəfə Gəncəli Əliyevi həmin məhəllədə qətlə yetirib.
Avqustun 22-də isə Sahib M.-in qohumu olduğu deyilən Ramil Məmmədov öldürülüb. Bu hadisədə təqsirli bilinən Asif A. saxlanılıb.
Dindirilmə zamanı Sahib M. ona qarşı irəli sürülən ittihamı qəbul etməyib. Və həbs edilib

 

RELATED ARTICLES

CAVABLA

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments