KriminalManşet

Yol qəzaları ilə bağlı STATİSTİKA açıqlandı

2018-ci il ərzində Bakıda 619 yol nəqliyyat hadisəsi baş verib. Bunu Trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, baş verən qəzalar nəticəsində 212 nəfər həlak olub, 529 nəfər müxtəlif xəsarətlər alıb. Bölmə rəisi bildirib ki, ötən illə müqayisədə 5 ölüm fərqi artıb ki, bu da piyadaların vurulması ilə bağlıdır.

Bölmə rəisi bildirib ki, piyadaların vurulması ümumi hadisələrin 62 faizini təşkil edir. Onun sözlərinə görə, yol nəqliyyat hadisələrinin digər səbəbləri sürət həddinin aşılması, qarşıdan gələn nəqliyyat vasitəsinin yoluna çıxmaq, ötmə, manevretmə qaydalarının pozulması, yol ayrıcının keçmə qaydalarının pozulması olub.

Bir cavab yazın