Yıldırım istefaya gedir
Türkiyə Parlamentinin spikeri Binəli Yıldırım istefaya getmək barədə qərar verib.
Türkiyəli spiker fevralın 18-də rəsmi olaraq istefa verəcəyini bəyan edib. B.Yıldırım istefasının İstanbul bələdiyyəsinin başçısı postuna namizədliyini irəli sürmək qərarı ilə bağlı olduğunu bildirib.
Türkiyədə bələdiyyə seçkiləri bu il martın 31-də keçiriləcək. Burada bələdiyyə seçkiləri hər 5 ildən bir keçirilir.