Təhsil

AzMİU-da imtahan sessiyası yekunlaşır

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yanvarın 4-də başlayan 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası artıq yekunlaşmaq üzrədir.

AzMİU-dan Aktor.Az-a bildirilib ki, fevralın 1-də imtahan sessiyası sona çatacaq, bundan sonra nəticələrdən narazı qalan, imtahandan kəsilən tələbələrin işlərinə baxılacaq.

Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə yaradılmış qərargaha indiyə qədər 424 şikayət daxil olub. 293-ü yazılı, 131-i test imtahanlarından olan şikayətlər araşdırılır. Şikayətlərdən hələlik 16-sı müsbət həll olunub. İmtahan qərargahının sədri Surxay Əliyev bildirib ki, hər gün imtahanlar keçirildiyi üçün tələbələrdən şikayətlər mütəmadi daxil olur. Yanvarın 31-nə qədər şikayətlərlə bağlı bütün məlumatlar toplanılacaq, araşdırılaraq obyektiv qiymət veriləcək.

Qeyd edək ki, AzMİU-da imtahanlar bir qayda olaraq yazılı və test formasında aparılır, bəzi qabiliyyət tələb edən fənlərdən (memarlıq fakültəsində) isə qiymətləndirilmə keçirilir. İmtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə universitetdə apellyasiya komissiyası fəaliyyət göstərir, eyni zamanda, universitet üzrə “Qaynar xətt” yaradılıb, bütün tədris binalarında müraciət və təklif qutuları asılıb. Bütün bunlarla yanaşı, universitetin rektoru şəxsən özü imtahan prosesini müşahidə edir, tələbələrin onlayn müraciətlərinə baxır və müvafiq tapşırıqlarını verir.

Bir cavab yazın