Polisdə olduğu deyilən Xose danışdı: “Yek kəlmə…”
Dünən keçmiş həyat yoldaşı Oksana Rəsulovanın şikayəti əsasında Elşad Xosenin hazırda Binəqədi rayon Polis İdarəsində olması barədə xəbər yayılıb.
Binəqədi rayon Polis İdarəsindən “Qafqazinfo”-ya Elşad Xosenin hazırda idarədə saxlanıldığı təsdiqlənib və bildirilib ki, reper gecəni orada keçirib. Bu gün izahatı alındıqdan sonra Xosenin sərbəst buraxılacağı gözlənilir.
Qeyd edək ki, Xosenin saxlanılmasına səbəb eks-xanımı Oksananın ondan şikayətçi olmasıdır.
Məsələ ilə bağlı Elşad Xose ilə əlaqə saxladıq. Yenicag.az-a açıqlamasında Xose yayılan xəbərin əsassız olduğunu bildirdi:
“Bu xəbəri kim yayıb bilmirəm. Mən öz işimdə-gücümdəyəm, nə polis, nə izahat. Yek kəlmə, boş söhbətlərdir. Polis məni araşdırırsa, mən özüm də elə bu xəbəri yaymaqda məqsədi olanları araşdırıram”.