“Cümhuriyyətin ilk elçiləri ” məktəblilərə təqdim edilib – FOTO
Bakı şəhəri, Xətai rayonu 27 saylı orta məktəbdə Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi XI Qrant müsabiqəsində qalib olmuş “Cümhuriyyətin ilk elçiləri ” layihəsi çərçivəsində yekun tədbir və bağlanış mərasimi keçirilib.
Tədbir başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Tədbirin giriş sözü ilə açan layihə rəhbəri Əfqan Baxşəliyev layihə barədə ətraflı məlumat verərək, həyata keçirilmiş işlərdən söz açıb. Qeyd edib ki, ötən il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi təntənə ilə qeyd edilib və bununla bağlı bir sıra tədbirlər və lıayihələr keçirilib. Cümhuriyyətimizin yaranmasının 100 illiyinə ithaf edilən “Cümhuriyyətin ilk elçiləri ” layihəsi barədə məlumat verən Əfqan Baxşəliyev gənclərimizin vətənpərvər ruhda böyüməsi üçün bu cür layihələrin vacibliyi və əhəmiyyətini qeyd edib.
Daha sonra “Cümhuriyyət dövründə maarifçilik” və “Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirləri və onların fəaliyyəti” mövzusunda Azərbaycan Milli Elmlər Akademiyası Tarix institutunun aparici elmi işcisi, tarix üzrə fəlsəfə doktoru, İdarəçilik Akademiyasının dosenti Sahibə Budaqova , Xətai rayonu 27 saylı orta məktəbin tarix müəllimi Novruzova Sevda və Həsənov Kənan çıxış etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi qısa və şərəfli yoldan bəhs etmişlər.
Tədbirin bağlanış mərasimində çıxış edən məkbətin direktor müavini Arzu İbrahimova “Cümhuriyyət ilk elçiləri ” adlı layihəni yüksək qiymətləndirib, bu cür tədbirlərin şagirdlər üçün əhəmiyyətini vurğulayıb.
Qeyd edilib ki, bu cür tədbirlərin həyata keçirilməsi gənclərin Azərbaycan Xalq Cümhuriyyətinə, Azərbaycanın tarixinə, siyasətinə, mədəniyyətinə, görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətinin daha da yaxından öyrənilməsinə töhfələr verir.
Sonda layihə rəhbəri Əfqan Baxşəliyev çıxış edərək layihənin keçirilməsində dəstək olan hər kəsə təşəkkürünü bildirib.