Erməniyə qoyulan heykələ görə səfirlə görüş keçirildi
Avropa Azərbaycanlıları Konqresinin rəhbərliyi Gürcüstanın Haaqadakı səfiri ilə görüşüb.Avropa Azərbaycanlıları Konqresinin Mətbuat Xidmətindən Aktor.Az-a verilən məlumata görə, yanvarın 25-də Konqresin prezidenti Sahil Qasımov və idarə heyətinin üzvü, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov Gürcüstanın Haaqadakı Fövqəladə və Səlahiyyətli səfiri Georgi Şarvaşidze ilə göruşüblər.
Görüş zamanı Sahil Qasımov qeyd edib ki, Axalkalakinin Buqaşen gəsəbəsində Azərbaycanın ərazi bütövlüyünün pozulmasında iştirak etmiş erməni Mixail Avaqyana qoyulan heykəl Avropada yaşayan etnik azərbaycanlıların narahatlıgına səbəb olub. Azərbaycan və Gürcüstan arasında strateji müttəfiqlik əlaqələri mövcuddur. Bu iki xalq qardaş xalqlardır və qardaşlığın pozulmaması üçün bu cür halların qarşısı alınmalıdır- deyə S.Qasımov bildirib.
Görüş zamanı Gürcüstanın Haaqadakı yüksək rütbəli diplomatı Azərbaycan və Gürcüstan dövlətlərinin dostluğunun möhkəmliyindən danışıb və bu dostluğun dəfələrlə tarixin cətin sinaqlarından şərəflə çıxdığını qeyd edib. Azərbaycanla Gürcüstan arasında əlaqələrin zəngin tarixə malik olduğunu vurğulayaraq, dostluq münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib.
Georgi Şarvaşidze iki dövlət arasında münasibətlərin ciddiliyini nəzərə alaraq məsələ ilə bağlı araşdırma aparıldıgını qeyd edib.
Georgi Şarvaşidze ilə söhbət əsnasında Sahil Qasımov GUAM təşkilatının — Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 10 oktyabr 1997-ci ildə Strasburqda Birgə Kommunike imzalamasını xatırladaraq Avropada məskunlaşmış Gürcüstan və Azərbaycan diasporunun birgə fəaliyyət göstərməsinin zəruriliyini vurğulayıb.
Daha sonra Sahil Qasımov və Elsevər Məmmədov Avropada fəaliyyət göstərən Gürcüstanınn “Bagration” təşkılatının sədri Maya Adiaşvili ilə mövcud problem barədə müzakirələr aparıb.
Xanim Adiaşvili bildirib ki, bu ağlasığmaz bir addımdır və ümid edirəm ki, bu məsələ tezliklə öz həllini tapacaq.
Maya Adiaşvili söz verib ki, Avropa azərbaycanlılarının narahatlığını öz ölkəsinə bildirəcək.