Sumqayıtlı jurnalistə vəzifə verildi
Sumqayıtlı jurnalist Teymur Hacıyevə vəzifə verilib.
Xeberle.com xəbər verir ki, o, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin İctimaiyyətlə Əlaqələr və Marketinq şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Teymur Hacıyev bundan əvvəl “Dünya” TV, Trend İnformasiya Agentliyi və Milli.Az kimi Kütləvi İnformasiya Vasitələrində çalışıb. Mətbuatda çalışdığı müddətdə Sumqayıt ilə bağlı məsələləri ölkə gündəminə çıxarıb.
Həmkarımızı yeni təyinat münasibəti ilə təbrik edirik!