GündəmİqtisadiyyatManşet

Bayramda Gürcüstana səfər edənlər çoxalıb

Bayram günlərində xaricə səfər edən yerli sakinlər daha çox Türkiyə və Gürcüstana üstünlük veriblər.Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Onun sözlərinə görə, Azərbaycandan Dubaya səfər edənlərin sayı azalıb:

“Ənənəvi olaraq yerli sakinlər bayramda daha çox, Türkiyə, Gürcüstan, Avropa ölkələri və Dubaya səfər ediblər. Ötən illə müqayisədə Dubaya səfər edənlər azalıb, Gürcüstana səfər edənlər isə çoxalıb”

Assosiasiya sədri bayram günlərində ölkəyə gələn xaricilər barədə də danışıb:

“Bayram günlərində Səudiyyə Ərəbistanı, Küveyt və Qətərdən ölkəmizə səfər edən turistlərin sayında çoxluq var. Şərq ölkələri ilə yanaşı, Rusiyadan da çoxlu sayda turist gəlib. Azərbaycana gələn əcnəbilər paytaxtla yanaşı, ən çox Qəbələyə səfər edib”.