Azay Quliyev “Guardian”-ı “fake news” istehsalçısı adlandırdı – FOTO
“Təəsüf ki, İngiltərənin “Guardian” qəzeti bütün həqiqətləri təhrif edən “fake news” istehsalçısına çevrilib.Bu günlərdə qəzetin prezident Əliyevin ailəsi haqqında çap etdiyi yalan və böhtan dolu məqaləsi bunun bariz sübutudur”.
Aktor.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Şura sədri Azay Quliyev tvitter hesabında yazıb. Azay Quliyev bəyan edib ki, heç kim saxta xəbər və qarayaxmadan sığortalanmayıb:
“Heç kim “fake news”un hücumlarından sığortalanmayıb və biz hamımız gözləmədən belə bir saxta məlumat yayanlar və ictimaiyyəti çaşdırmağa cəhd edənlər barədə danışmalı və belələrinə qarşı mübarizə aparmalıyıq”- deyə Azay Quliyev çağırış edib.