Mədəniyyət

Türkiyədə yayımlanan “Azərbaycan ruzigarı” ilin proqramı mükafatına layiq görülüb

Türkiyənin İstanbul şəhərində Türkiyə-Azərbaycan qardaşlıq mükafatlarının təqdimetmə mərasimi keçirilib. Mükafatlandırma gecəsi iki qardaş ölkənin idman, sənət və iş dünyasının tanınmış isimlərini bir araya gətirib.

AZƏRTAC xəbər verir ki, “BengüTürkTv” televiziya kanalında yayımlanan “Azərbaycan ruzigarı” proqramı mükafatlandırılanlar arasında yer alıb. Mükafat proqramın müəllifi və aparıcısı Səidə Ömərə təqdim olunub.

Qeyd edək ki, azərbaycanlı müğənnilərdən Roza Zərgərli və Ayaz Qasımov, tanınmış teleaparıcı Lalə Azərtaş və Rəşad Kəsəmənli, aktyorlardan Azər Axşam və başqaları da mükafat alanlar arasında yer alıblar.