“Onlayn media və müəllif hüquqları” mövzusunda konfrans keçiriləcək
Sabah, 21 dekabrda, saat 14:00-da “Onlayn media və müəllif hüquqları” mövzusunda konfrans keçiriləcək.
Aktor.Az-ın məlumatına görə, bu barədə Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müsfiq Ələsgərli deyib.
Maraqlı məruzələrin olacağı tədbirdə həmçinin Azərbaycan Respublikası
Əqli Mülkiyyət Agentliyinin əməkdaşı iştirak edəcək, mövzu üzrə sualları cavablandıracaq.
Təşkilatçı: Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ)
Maliyyə dəstəyi: Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu.
Ünvan: Mətbuat prospekti 529, 4-cü mərtəbə
Qeyd edək ki, tədbirin sonunda Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən təsis edilmiş “Beynəlxalq media vəsiqəsi”nin JuHİ-nin yeni üzvləri üçün təqdimatı olacaq.