“Yeni media:problemlər və perspektivlər” layihəsinə start verilir
Azərbaycanda “Yeni media:problemlər və perspektivlər” layihəsinin icrasına start verilir. Aktor.Az xəbər verir ki,layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə gənc fəal Qurban Qəhrəmanov tərəfindən həyata keçiriləcək.
Layihənin məqsədi gənclərdə internet-media və sosial şəbəkələrdən istifadə ilə bağlı məlumatlılığın artırılmasıdır. Qeyd etmək yerinə düşər ki, gənclərdə bu sahəyə maraq yaratmaqla bərabər, həm də bu səhələr üzrə Azərbaycan nümunəsinin xüsusiyyətləri və üstünlükləri ilə bağlı informasiyaların mənimsənilməsinə meylin artırılması da olduqca vacibdir.
Layihənin həyata keçiriləcəyi 3 ay ( 20 noyabr 2018 – 20 fevral 2019) müddətində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisəsi və 2 kollecin tələbələri üçün təlimlər həyata keçiriləcək.
Bu layihə çərçivəsində həyata keçiriləcək təlimlər vasitəsilə Azərbaycan modeli haqqında gənclərə geniş, hərtərəfli məlumatların verilməsi, onların bu sahədəki bilikləri ilə bağlı fikir və təcrübə mübadiləsinin aparılması, habelə mütəxəssislərlə geniş müzakirələrin gerçəkləşməsi imkanları təmin ediləcək.
Hesab olunur ki, layihənin həyata keçirilməsi nəticəsində gənclərimizdə yeni media ilə bağlı bilgilər artacaq. Bu isə öz növbəsində gənclərdə dünyagörüşün formalaşmasına, Azərbaycanın milli maraqlarının qorunması istiqamətində biliklərin artmasına gətirib çıxaracaq.
Azərbaycan Respublikasının Gənclər Fondunun feysbuk səhifəsi: https://www.facebook.com/youthfundaz/