Deputatlar beynəlxalq tədbirlərdə iştirak edəcəklər
Dekabrın 6-da Vaşinqtonda Kəşfiyyat-Təhlükəsizlik üzrə 12-ci Parlament Forumu keçiriləcək. Tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iştirak edəcək.
Forumda hökumətlərin və özəl sektorun terrorçuluğun maliyyələşdirilməsi əleyhinə fəaliyyəti, kibertəhlükəsizlik, şəxsi həyat və məlumatların paylaşılması, xarici sərmayə riskləri və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Səməd Seyidov müzakirə olunacaq mövzularda çıxış edəcək, məsələlərə münasibətini bildirəcək.
Dekabrın 6-da və 7-də isə Mərakeş Krallığının Rabat şəhərində miqrasiya məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Tədbirdə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə MDB Parlamentlərarası Assambleyasının xətti ilə iştirak edəcək.
Konfransda təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiyanın təmin olunması üçün qarşıda dayanan vəzifələr, bununla bağlı qanunvericilik sahəsində əməkdaşlıq barədə müzakirələr aparılacaq.
Tədbirdə təhlükəsiz, nizamlı və tənzimlənən miqrasiya barədə qlobal razılaşmanın qəbul edilməsi də nəzərdə tutulub.