SağlıqSiyasət

İsgəndər Həmidov xəstəxanaya yerləşdirilib

Dekabrın 4-də sabiq daxili işlər naziri İsgəndər Həmidov ürəyində yaranan problemə görə xəstəxanaya yerləşdirilib. Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında sabiq nazir koronaroqrafiya müayinəsindən (“anju” əməliyyatı) keçiriləcək.

İsgəndər Həmidov 1948-ci ildə Kəlbəcərin Bağlıpəyə kəndində doğulub. İqtisadiyyat və hüquq sahələri üzrə iki ali təhsil alıb. Uzun illər daxili işlər orqanlarında xidmət edib.

1990-cı ildən parlamentin üzvü olub. 1992-1993-cü illərdə Azərbaycanın daxili işlər naziri postunu tutub. 1995-2003-cü illərdə həbsdə yatıb.