Mir Şahin: “Sevinc Osmanqızı Əli Kərimli və Qənimət Zahidin altpaltarıdır” – VİDEO
Son bir neçə il ərzində ilk dəfədir ki, televiziyalar, onlara ictimai münasibət haqqında danışıram. Məcburam. Xüsusilə son zamanlar sosial şəbəkələrdə yerindən duran, hissə-hissə duran, alayarımçıq duran bütün Dursun müəllimlərə bəzi deyəcəklərim var. Onlar baxdığı kanalları tənqid edirlər. Qısası bu! Və demək olar ki, bütün telekspertlər, teleekspırtlar hamısı eyni mənzərəni tənqid edir. Ay müğənnilər elə oxudu, ya belə geyindi, bütün günü çal-çağırdı, hansı gününüzə oxuyursunuz, çalırsınız və sair.
Soruşmaq lazımdır ki, bəs siz niyə onlara baxırsınız, hansı gününüzə yalnız çalıb oynayanlara tamaşa edirsiniz? Əvvəldən sonadək Xoşqədəmin, Zaurun layihələrinə baxıb sonra da onları tənqid edirsiniz. Bu, riyakarlıq deyilmi? Özü də bunu artıq internet TV-si olanlar da etməyə başlayıb. Tənqid edirlər ki, müxalifətə efir vaxtı verilmir, özlərinin də TV olduqlarını unudaraq. O vermir sən ver! Nə mane olur? Bu bir.
İkincisi, kim deyib ki, biz, məsələn REAL TV müxalifətə efir vaxtı ayırmalıdır. Bu bizim televiziyadır. Bu bizim seçimimizdir. Redaktor siyasətini biz müəyyənləşdiririk. Bu gün buna zərurət görmürük. Sabah baxarıq. Bizə 20-lər maraqlıdır, TANAP, TAP maraqlıdır. Bizə Azərbaycanın regional layihələrdə söz sahibi, təkcə söz yox, həm də əməl sahibi olduğunu nümayiş etdirən layihələrdən canlı yayımlar təşkil etmək maraqlıdır. REAL 9 aya yaxın müddətdə 200-dən artıq birbaşa yayım edib. Özü də bu yayımlar arasında ekstremal şəraitdə aparılanları da çoxdur.
“Azərbaycanda mətbuat və media azadlığı yoxdur” deyə boşboğazlıq edənlərə bizim daha nə cavabımız ola bilər! Hadisəni yerindən, anında, dərhal, olduğu kimi göstərmək! Bu deyilmi azadlıq? Özü də təkcə Azərbaycandan yox, bütün dünyadan. BMT-sinin, NATO-sunun, AŞPA-sının, ATƏT-inin toplantılarını, Azərbaycanda və dünyada keçirilən az qala bütün mühüm mətbuat konfranslarını! Guya bunlar ekspertdir. Ekspert deyəndə, bir tərəfdən baxanda düzdü. Eksdir. Yəni keçmiş. Keçmiş “pert”! Üzr istəyirəm, bundan sonra onlara sadəcə “pert” deyək. Madam ki, eks olmamaq, gündəlikdə qalmaq istəyirlər.
Xülasə, belə “pert”lərin teledüşüncələri mənə əslində maraqlı olmamalıdır. Bayaq dediyim səbəblərdən. Bu gün də ona görə cavab vermək istədim ki, onların çeynəyib-tüpürdükləri, ölkə telekanallarını nişangaha gətirmələri heç də səmimi teletənqidçi qeydləri deyil. Bəlkə bir təhlükəli tendensiyanın tərkib hissəsidir. Hətta diversiyadır. Belə düşünməyə əsaslarım var. Bir anlığa tamaşaçıların-vətəndaşların baxdığı, nəyə görə, nə üçün, hansı verilişlərə baxdığını kənara qoyaq, hər halda baxdığı telekanallar vurulur, gözdən salınmasına ardıcıl cəhdlər edilir. Bəs, alternativ hansılardır? Bax məncə bu barədə daha ciddi düşünmək lazımdır. Budur onların alternativləri. Qərəzli, üfunət dolu, idbar, antiAzərbaycan, yalnız qara-qura göstərən.
Qurban Məmmədovun düşük və düşkün tribunası, Sevinc Osmanqızının ingilisdilli əyalət tribunası, Tural Sadıqlının, Orduxan Temirxanın unitaz pəncərəsi, Qənimət Zahidin rəvayət quraşdırıb nağıl danışan həpənd çərçivəsi, Vidadi İsgəndərlinin tərbiyəsizlik və əxlaq püskürtüsü!
Başqalarının da adını çəkib efiri daha çox zibilləmək istəmirəm. Onlar öz mahnılarını oxumurlar. Onlar üçün başqaları bəstələyir. Sədaqətli canlılar isə ifa edir.
Azərbacyana örnək göstərilənlər bunlardır. Bax budur cəmiyyətə soxuşdurulan alternativ TV-lər. Bəs bu “pert” müəllimlər nə vaxt çıxıb ortaya cəmiyyətə daha böyük təhlükə olan bu tribunaların zərəri barədə danışdılar? Hansı biri çıxıb Orduxana, Osmanqızına ən azı bədən tərbiyəsi verdi ki, ayıbdı, ayıb yerinizi bağlayın! Mən görməmişəm. Yoxsa Vidadi İsgəndərlinin layiq olduğu cavabı verdilər, xəbərimiz olmadı? Bəlkə onların təqdim etdikləri teletərbiyə bizim “pert” müəllimləri qane edir. Hansısa aparıcının kulis arxası ağzından ehtiyatsız ifadə çıxarmasını görk edərək sosial şəbəkələrdə ondan qat-qat artığını edən, ana-bacı, arvad-uşaq söydürən xoşqeyrət TV-cikləri, onların verilişləri altında dəvə ifrazatı kimi axıb gedən təhqirləri analiz etmək lazımdır. Anamı söyərlər deyə vətəni “kruqa” buraxmaq kişilikdən deyil! Mən hələ telepeşəkarlıqdan danışmıram…