DinFotoGündəmManşetSiyasət

Amaşov Yerevanda məsciddə – FOTOLAR

Milli Məclisin deputatları Azərbaycanın tarixi memarlıq abidəsi olan Yerevandakı Göy Məsciddə olublar.Aktor.Az-ın məlumatına görə, bu barədə millət vəkili Əflatun Amaşov sosial şəbəkələrdə məlumat paylaşıb. 

“Azərbaycanın memarlıq abidələrindən sayılan Göy Məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə tikilib. Uzun onilliklər boyu yerli azərbaycanlıların ibadət etdikləri səkkiz məsciddən biri olub.

Zaman ötdükcə başına çox bəlalar gəlib: 24 metrlik dörd minarəsinin üçü sökülüb, müxtəlif illərdə planetariyaya, məktəbə çevrilib, iki dəfə yandırılıb. Və nəhayət, İran tərəfindən bərpa edilib, hazırda İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən biri hesab edilir”, – deyə millət vəkili qeyd edib.

Əflatun Amaşov Göy Məsciddən fotolar da paylaşıb.

Qeyd edək ki, millət vəkilləri Eldar Quliyev və Əflatun AmaşovErmənistana Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin iclasında iştirak etmək üçün gediblər.