GündəmİqtisadiyyatManşetSiyasət

Deputat:”Milli Məclisdə çoxunun mənzilə ehtiyacı var”

Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament işçilərinin mənzillə təmin olunması üçün vəsait ayrılması təklif edilib.Bu təkliflə “Azərbaycan Respublikası Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli çıxış edib.
“Milli Məclis işçilərinin mənzillə təmin edilməsinə ehtiyac var. Bunun üçün vəsait ayrılmalıdır. Onların bir çoxunun mənzilə ehtiyacı var. Bir sıra nazirliklərdə bu cür işlər həyata keçirilir”, – deputat deyib.