GündəmManşetSiyasət

Şura 2019-cu il birinci qrant müsabiqəsiylə bağlı qərar qəbul edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

 

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın qrant müsabiqəsinin keçirilməsi Qaydalarının müzakirəsi və Şuranın 2019-cu il birinci qrant müsabiqəsi barədə məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın qrant müsabiqəsinin keçirilməsi Qaydalarının layihəsi haqqında geniş məlumat verib.

Fərasət Qurbanov 2019-cu il birinci qrant müsabiqəsinin nəzərdə tutulan mövzuları barədə də iclas iştirakçılarını məlumatlandırıb.

Şura üzvü İlqar Məmmədov, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Anar Xəlilov, Nərgiz Xələf və Emin Həsənli çıxış edərək gündəlikdəki məsələlər barədə rəy və təkliflərini bildiriblər.
Müzakirələrdən sonra gündəlikdə olan məsələlərə bağlı müvafiq qərarlar qəbul edilib. Qərara əsasən noyabrın 15-də 2019-cu il birinci qrant müsabiqəsi elan olunacaq. Elanın mətni Şuranın csssn.gov.az, e-qht.az və qhtxeber.az saytlarında yerləşdiriləcək.