Media

Baş redaktor nazirə təşəkkür etdi

Новое Время” qəzetinin baş redaktoru Şakir Habiloğlu qəzetin qarət olunması faktının tez bir zamanda üstünün açılmasına görə daxili işlər naziri, polis general-polkovniki Ramil Usubova dərin minnətdarlıq bildirir. 

Eyni zamanda, baş redaktor Nərimanov rayon Polis İdarəsinə və 16-cı Polis bölməsinə minnətdarlıq bildirir.

Qeyd edək ki, oktyabrın 11-dən 12-nə keçən gecə “Yeni Zaman” – “Новое Время” qəzetinin ofisi qarət edildi.

Azərbaycan parlamentinin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov qəzet ofisinin qarəti barədə Daxili İşlər Naziri Ramil Usubovun adına məktub göndərilərək, ondan sözügedən işi şəxsi nəzarətinə götürməsi xahiş etmişdi.

Sonradan “Новое Время” qəzetinin redaktoruna DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov zəng vuraraq, ofisinin qarət faktını Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun şəxsi nəzarətinə götürdüyünü və Bakı Şəhər Baş polis idarəsinə, eləcə də Nərimanov rayon Polis İdarəsinə cinayəti operativ şəkildə açılması haqda müvafiq göstərişlər verdiyini bildirdi. Ötən şənbə baş redaktora üç nəfər qarətçinin saxlanıldığını bildirdilər. Onlardan iki nəfəri redaksiyaya gətirilərək hadisə yerində cinayəti necə törətdiklərini və nə oğurladıqlarını açıqladılar.

İstintaq hərəkətləri davam edir, DİN araşdırmaların nəticələri barədə rəsmi məlumat verəcək.