KriminalVideo xəbərXəbər xətti

Rusiya kanalı həbsdə olan Quli ilə bağlı süjet yaydı – VİDEO

Hazırda Türkiyədə həbsdə saxlanılan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun gələcək taleyi müəmmalı olaraq qalır.

Yayılan məlumatlardan bəlli olur ki, Lotu Quli ləqəqbi  ilə tanınan kriminal avtoritetin ekstradisiyasına bir neçə ölkə çalışır. Bu istiqamətdə Rusiyanın xüsusi fəallığı nəzərə çarpır.  Həmin ölkənin hətta ən populyar televiziya kanalları Lotu Quli ilə bağlı verilişlər hazırlayır.

Qeyd olunur ki, Lotu Quli Rusiya ərazisində bir sıra cinayətlərin təşkilatçılığında günahlandırılır və onun Moskvaya təhvil veriləcəyi təqdirdə “qanuni oğru”nu ağır həbs cəzası gözləyə bilər. Azinforum.az Lotu Quli ilə bağlı Rusiya telekanallarından birinin hazırladığı süjeti təqdim edir.