Gənclər fonduGündəmManşetSosialTəhsil

Gənclər Fondundan təhsil haqqını ödəməkdə çətinlik çəkən tələbələrlə bağlı mühüm addım

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Gənclər Fondunun (bundan sonra – Fond) nizamnaməsinin 3.1.9.-cu yarımbəndinə uyğun olaraq, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi həyata keçiriləcəkdir.

Maliyyələşmə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürüləcəkdir.

Maliyyələşmə təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur.

Müraciət etmək istəyənlər Fondun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Fonda göndərməlidirlər.

Fond tərəfindən, aşağıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslərə üstünlük veriləcəkdir:

  • Milli qəhrəman övladları;
  • I, II və III qrup əlil olan gənclər;
  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları;
  • Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər;
  • I qrup əlil valideyni olan gənclər;
  • Hər iki valideyni əlil olan (I,II III qrup) gənclər;
  • Aztəminatlı ailədən olan gənclər.

Müsabiqəyə aşağıda qeyd edilmiş Ali təhsil müəssisələrinin əyani/qiyabi təhsilalma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan tələbələr müraciət edə bilərlər:

1. Bakı Dövlət Universiteti
Bakı Dövlət Universitetinin Qazax filialı
2. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
3. Azərbaycan Texniki Universiteti
4. Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı
5. Azərbaycan Dövlət Pedaqoji Universiteti
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcəbədi filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı
6. Azərbaycan Memarlıq və İnşaat Universiteti
7. Bakı Slavyan Universiteti
8. Azərbaycan Dillər Universiteti
9. Bakı Mühəndislik Universiteti
10. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
11. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
12. Sumqayıt Dövlət Universiteti
13. Lənkəran Dövlət Universiteti
14. Gəncə Dövlət Universiteti
15 Azərbaycan Texnologiya Universiteti
16. Mingəçevir Dövlət Universiteti
17. Naxçıvan Dövlət Universiteti
18. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
19. Azərbaycan Milli Konservatoriyası
20. Naxçıvan Müəllimlər İnstitutu
21. Azərbaycan Tibb Universiteti
22. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
23. Azərbaycan Dövlət Aqrar Universiteti
24. Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası
25. Azərbaycan Dövlət Dəniz Akademiyası
26. Milli Aviasiya Akademiyası
27. “ADA” Universiteti
28. Bakı Ali Neft Məktəbi
29. Azərbaycan Turizm və Menecment Universiteti 
30. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı
31. İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı

 

16-29 yaşlı  tələbələr elektron ərizə formasını müvafiq qaydada doldurub, müraciət edə bilərlər.

Müsabiqənin müddəti:

2 noyabr – 18 noyabr 2018-ci il saat 20:00-dək müraciətlər qəbul ediləcəkdir.
Fond tərəfindən müraciətlərə 15 gün ərzində baxılacaqdır.

Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və mətbuatda dərc olunacaqdır.