Aktor TvGündəmManşetSiyasətVideo xəbər

İllər öncə Jirinovski Saakaşvilini belə hədələmişdi – VİDEO

Məlum olduğu kimi, qonşu Gürcüstanda növbəti prezident seçkisinin birinci turu başa çatıb. Namizədlər lazımı səsləri toplaya bilmədiyi üçün yaxın vaxtlarda ikinci tur keçiriləcək.

Seçkilər zamanı Rusiya amili, bu ölkənin bu və ya digər namizədə təsiri məsələsi həmişə diqqət mərkəzində olub.

Aktor.Az illər öncə verilişlərin birində sabiq prezident Mixeil Saakaşvili və Vladmir Jirinovskinin söz duelini əks etdirən videonu təqdim edir.

Göründüyü kimi, rusiyalı odioz siyasətçi Saakaşvilini hədələyir, dövlət başçısı isə partiya sədrinə Rusiyanın problemləri ilə məğul olmağı təklif edir.