Ana SəhifəAktor Tv“Narkotiklər sağlam həyatını əlindən alır, ona “yox” de!” sosial-çarxı təqdim olunub -...

“Narkotiklər sağlam həyatını əlindən alır, ona “yox” de!” sosial-çarxı təqdim olunub – VİDEO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən həyata keçirilən “Narkotik: yeni çağırış və təhlükələr!” layihəsi çərçivəsində nəzərdə tutulmuş videoçarx ictimaiyətə təqim olunub.

Çarxda idman sahəsində yüksək nailiyyətlər əldə etmiş, daha sonra isə narkotik maddələrin qurbanına çevrilmiş Rəhim Vəliyevin “ağ ölüm”ün fəsadlarından, təhlükələrindən və faciələrindən bəhs olunan fikirləri yer alıb. Milli cüdoçumuz gənclərə, narkotik istifadəçilərinə müraciət edib və onları zərərli vərdişlərdən uzaq durmağa çağırıb.

Videoçarxın sonunda millət vəkilləri, tanınmış idmançılar, jurnalistlər, psixoloq və digər şəxslər cəmiyyətimizə səsləniblər və bu bəşəri bəla ilə mübarizədə aktivlik göstərməyin vacibliyini xatırladıblar.

Qeyd edək ki, “Narkotik: yeni çağırış və təhlükələr!” layihəsi çərçivəsində nəzərdə tutulmuş maarifləndirici verilişlər, həmçinin layihənin özü başa çatıb. Üç ay müddətində “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən iki region tədbiri (İsmayıllı və Abşeron rayonları), üç maarifləndirici veriliş və videoçarx ərsəyə gəlib.

RELATED ARTICLES

CAVABLA

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments