Ana SəhifəGündəmİsmayıllıda qadınların biznesdə təmsilçiliyi ilə bağlı tədbir keçirilib – FOTOLAR

İsmayıllıda qadınların biznesdə təmsilçiliyi ilə bağlı tədbir keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Davamlı Elmi-Sosial İnkişaf İctimai Birliyi tərəfindən icra olunan “Uğura doğru addımla – biznes fəaliyyəti təlimləri” layihəsi çərçivəsində İsmayıllıda tədbir keçirilib.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin akt zalında keçirilən görüşdə ilk çıxış edən Davamlı Elmi-Sosial İnkişaf İctimai Birliyinin sədri, “Uğura doğru addımla – biznes fəaliyyəti təlimləri” layihəsinin rəhbəri Reyhanə Hacıyeva tədbir iştirakçılarını salamlayaraq, təmsil etdiyi təşkilatın təşəbbüs və ideyalarını dəstəklədiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkürünü bildirib.Nəzərə çatdırıb ki, mövzu olduqca spesifikdir, amma buna rəğmən Agentlik hər il elan etdiyi müsabiqələrdə qadın sahibkarların işinin, onların biznes strukturlarında təmsilçiliyinin təşviqini diqqətdə saxlayır, bu istiqamətdə keyfiyyətli, mövzunu əhatə edən layihələri dəstəkləyir. Layihə rəhbəri həmçinin tədbirin ərsəyə gəlməsinə görə, Azərbaycan Respublikası İsmayıllı  Rayonu İcra Hakimiyyətinə, o cümlədən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib.

Reyhanə Hacıyeva xatırladıb ki, layihənin əsas məqsədi qadınların hüquq və maliyyə idarəçiliyi istiqamətində bilik və bacarıqlarının artırılması yolu yeni bizneslərin yaradılmasına, mövcud bizneslərin inkişafına və ümumilikdə iqtisadi artıma dəstək olmaqdır.Analoji layihələrin yeni iş yerlərinin yaranmasına və qadınlar arasında məşğulluğun artmasına töhfə verəcəyinə inandığını vurğulayan layihə rəhbəri xatırladıb ki, hansısa biznesi qurmaq üçün səylə çalışmaq lazımdır. Bu yolda insanlar müxtəlif çətinliklərlə üzləşə bilər, hətta çoxları çətinliklərdən demotivasiya olur və nəticədə uğursuzluq yaşayırlar. Məruzəçi bu baxımdan yeni biznesə başlamaq istəyənlərin motivasiya edilməsinin, mövcud qanunvericilik barədə məlumatlandırılmasının, həmçinin biznesi olan qadınların əlavə maarifləndirilməsinin vacibliyini dilə gətirib.O, müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə hədəf qruplarına ölkəmizin bu sahədə yeritdiyi siyasət barədə məlumatın verilməsini və davamlı təlimlərin keçilməsinin önəmini də diqqətə çatdırıb.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, İsmayıllı Rayon İcra Hakimiyətinin məsul əməkdaşı Bəhruz Xələfov və digər qonaqlar mövzu ilə bağlı fikirlərini bölüşüblər, bu istiqamətdə görülən işlər barədə önəmli məqamlara toxunublar.

Tədbir sual-cavab şəklində davam edib, iştirakçilar öz fikirlərini bölüşüblər, ekspertlərə suallarını veriblər.

Qeyd edək ki, layihənin icra müddəti üç aydır və bu dövrdə 3 rayon tədbiri, 3 maarifləndirici veriliş, həmçinin qadınların biznesdə təmsilçiliyinin təşviqini nəzərdə tutan sosial çarx hazırlanacaq.

 

 

RELATED ARTICLES

CAVABLA

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments