Ana SəhifəFotoİsmayıllıda narkomaniya ilə bağlı tədbir keçirilib – FOTOLAR

İsmayıllıda narkomaniya ilə bağlı tədbir keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən icra olunan “Narkotik: yeni çağırış və təhlükələr!”  layihəsi çərçivəsində İsmayıllı şəhərində tədbir keçirilib.

Şəhərin mərkəzində fəaliyyət göstərən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin Akt zalında keçirilən görüşdə çıxış edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini və “Narkotik: yeni çağırış və təhlükələr!” layihəsinin rəhbəri Telman Mamedov tədbir iştirakçılarını salamlayaraq, narkomaniya ilə mübarizə çərçivəsində təmsil etdiyi təşkilatın təşəbbüs və ideyalarını dəstəklədiyinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkürünü bildirib.Əlavə edib ki, Agentlik hər il elan etdiyi müsabiqələrdə “ağ ölüm”lə mübarizə mövzularına xüsusi həssaslıqla yanaşır.

Bu cür maarifləndirici tədbirlərin keçirilməsinə həssaslıqla yanaşdığına və qeyri-hökumət təşkilatlarının (QHT) təşkilatı işlərinə diqqət göstərildiyinə görə, Azərbaycan Respublikası İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirən layihə rəhbəri bildirib ki, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi də analoji təşəbbüslərdə ön sırada yer alır.

Telman Mamedov daha sonra nəzərə çatdırıb ki, narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyati proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxardığını söyləyən natiq vurğulayıb ki, orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyasının pozulmasına səbəb olur. Bu problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır, genişlənir.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva da narkotiklərin insan orqanizmində yaratdığı fəsadlardan danışıb. Onun sözlərinə görə, narkomaniya hər bir ailə üçün psixoloji təhdiddir və narkotik vasitələr istifadəçiləri ölüm həddinə qədər apara bilir.Rəhbəri olduğu mərkəzin sağlam həyatın təbliğinə yönəlik tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət göstərdiyini vurğulayan L.Əliyeva narkomaniya ilə mübarizə sahəsində aparılan təbliğat-təşviqat işlərinin daha da genişləndiriliməsinin vacibliyini xatırladıb.Bildirib ki, qalib ölkənin vətəndaşları, xüsusən də gənc nəsil dövlətin həyata keçirdiyi siyasəti rəhbər tutmalıdır.

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Rahim Orucov, İsmayıllı Rayon İcra Hakimiyətinin məsul əməkdaşı Bəhruz Xələfov, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədri Sürəyya Məmmədova və digər qonaqlar mövzu ilə bağlı çıxış edərək fikirlərini bölüşüblər.Bildiriblər ki, cəmiyyətdə bir problem digərini yaradır. Düşünülməmiş atılan hər bir addım insanlara heç də hər zaman xoş nəticələr vəd etmir. Elə psixoloji problemləri olan insan da narkotikdən istifadə edərkən bu addımın onu uçuruma aparacağını, məhv edəcəyini düşünmür.Natiqlər bu problemlə mübarizədə hər kəsi həssas olmağa çağırıblar.

Tədbir sual-cavab şəklində davam edib, iştirakçilar öz fikirlərini bildiriblər, zərərli vərdişlər, o cümlədən narkomaniya ilə mübarizə üçün təkliflərini səsləndiriblər, ekspertlərə suallarını veriblər.

Qeyd edək ki, layihənin icra müddəti üç aydır.

 

RELATED ARTICLES

CAVABLA

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments