Ana SəhifəGündəmÇeçenistanda hərbi məktəbə dronla hücum oldu

Çeçenistanda hərbi məktəbə dronla hücum oldu

Rusiya Xüsusi Təyinatlı Qüvvələrinin Çeçenistanın Qudermes şəhərində yerləşən binası dron hücumuna məruz qalıb.

Bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov öz “Telegram” kanalında yazıb.

Onun sözlərinə görə, dron hücumu yerli vaxtla səhər saat 6:30-da baş tutub.

Hadisə nəticəsində Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin ərazisindəki binanın damı yanıb.

“Ölən və ya xəsarət alan yoxdur. Yanğın söndürülüb. Hərbi təhsil müəssisəsi fəaliyyətini dayandırmayıb, bütün xidmətlər normal rejimdə işləyir”, – Ramzan Kadırov qeyd edib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments