Ana SəhifəXəbər xəttiMəhkəmə hakimi vəfat etdi

Məhkəmə hakimi vəfat etdi

Şirvan Şəhər Məhkəməsinin hakimi Ziya Əliyev vəfat edib.“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 64 yaşlı hakim ötən gün dünyasını dəyişib. Onun onkoloji xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, Z.Əliyev 35 il məhkəmə hakimi kimi çalışıb. O, 1987-2000-ci illərdə Səbail Rayon Məhkəməsinin, 2000-2007-ci illərdə Xəzər Rayon Məhkəməsinin, 2007-2013-ci illərdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb. 2013-cü ildən isə Şirvan şəhərində hakim kimi fəaliyyət göstərib.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments