Salyanda ata odlu silahla qızını qətlə yetirib, sonra özünü öldürüb.“Report” xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Babazənan yaşayış massivində qeydə alınıb. İlkin məlumata görə, 1968-ci il təvəllüdlü Qurbanov Məzahim ailə-məişət zəminində əvvəlcə qızı Rəvanə Qurbanovya atəş açaraq qətlə yetirib. Sonra odlu silahla özünü öldürüb. Hadisənin səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.