Ana SəhifəTəhsilAzərbaycan Texniki Universiteti yeni layihəyə start verdi

Azərbaycan Texniki Universiteti yeni layihəyə start verdi

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurası tərəfindən qəbul edilən “Gələcəyin müəllimi” layihəsinin icrasına start verilib.Bu barədə Universitetdən Aktor.Az-a verilən məlumatda deyilir.

Layihənin məqsədi AzTU-nun akademik sahədə potensialını gücləndirməkdir. Bu həm də universitetin kadr potensialını öz tələbələri hesabına gəncləşdirməsi və müasir innovasiya tələbini qarşılamağa istiqamətlənib. Layihəyə uyğun olaraq II kurs magistrantların elmi-pedaqoji təcrübələrinin qarşılanması məqsədilə onlar arasından seçilmiş bir qrup tələbə, bakalavrların imtahan prosesinə cəlb olunacaq. Belə ki, bakalavrların biliyinin qiymətləndirilməsində fənn müəllimləri ilə yanaşı magistrantların da rəyi nəzərə alınacaq.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments