Warning: opendir(/www/wwwroot/aktor.az/wp-content/cache/db/singletables//83f): Failed to open directory: No such file or directory in /www/wwwroot/aktor.az/wp-content/plugins/w3-total-cache/Util_File.php on line 158
Ana SəhifəUncategorizedVətəndaşlarımızın Türkiyədə aldığı əmlakın sayı açıqlanıb

Vətəndaşlarımızın Türkiyədə aldığı əmlakın sayı açıqlanıb

2020-ci ilin yanvar-mart aylarında Azərbaycan vətəndaşları Türkiyədə 284 daşınmaz əmlak obyekti satın alıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3 obyekt azdır.Trend bu barədə Türkiyə Dövlət Kadastrı və Alqı-Satqı Agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, mart ayında Azərbaycan vətəndaşları Türkiyədə 65 daşınmaz əmlak obyekti əldə edib. Bu, ötən ilin martı ilə müqayisədə 15 obyekt azdır.

2020-ci ilin martında Türkiyədə 108 670 daşınmaz əmlak obyekti satılıb ki, bu da 2019-cu ilin martı ilə müqayisədə 3,4 faiz çoxdur.

Ötən ay əcnəbilər Türkiyədə 3 036 daşınmaz əmlak əldə edib. Bu, 2019-cu ilin martı ilə müqayisədə 3 faiz azdır.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments