Ana SəhifəFotoQüdrət Həsənquliyev seçicilərlə növbəti görüşünü keçirib - FOTOLAR

Qüdrət Həsənquliyev seçicilərlə növbəti görüşünü keçirib – FOTOLAR

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, 36 saylı Xətai dördüncü seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizəd Qüdrət Həsənquliyev Xətai rayonunun Kamandar Əhmədov küçəsində yerləşən qəzalı binanın sakinləri ilə görüşüb.

Aktor.Az xəbər verir ki, açıq havada keçirilən görüşdə seçicilər – Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin Səmiyar Abdullayev, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov və digərləri çıxış edərək Qüdrət Həsənquliyevin parlamentdəki fəaliyyətini yaxından izlədiklərini, razı qaldıqlarını və onun deputatlığa namizədliyini dəstəklədiklərini bildiriblər.


Seçicilərin suallarını cavablandıran BAXCP sədri seçki platformasının əsas istiqamətlərinə diqqət çəkib, dövlət quruculuğu və hüquq siyasəti, eləcə də sosial-iqtisadi sahədə aparılması labud olan islahatlardan söz açıb, problemlərə və onların həllinə kompleks yanaşılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, görüş seçicilərin öz təşəbbüsü ilə baş tutub.

 

RELATED ARTICLES

CAVABLA

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments