Ana SəhifəFotoGənclik İnkişaf Forumunun növbəti qonağı Samir Süleymanov olub

Gənclik İnkişaf Forumunun növbəti qonağı Samir Süleymanov olub

Miqrasiya Könüllüsü İctimai Birliyinin təsis etdiyi Gənclərin İnkişaf Forumunun 4-cü toplanışı uğurla başa çatıb. Bu dəfə gənclərlə görüşə Dünya Bankının Strateji Təşəbbüslər Bölməsinin rəhbəri Samir Süleymanov təşrif buyurub.Bu barədə Aktor.Az-a Dövlət Miqrasiya Xidmətindən verilən məlumatda deyilir.

Qonağı səmimi salamlayan Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov forumun gənclərin intellektual və sosial inkişafında önəmli olduğunu, bu uğurlu layihənin getdikcə daha böyük vüsət aldığını diqqətə çatdırıb.

Tədbirdə Miqrasiya Könüllülərinin fəaliyyətini özündə əks etdirən təqdimat nümayiş etdirilib. Daha sonra Samir Süleymanov Dünya Bankının tarixi, fəaliyyət istiqamətləri, iş prinsipi barədə gənclərə geniş məlumat verib. “Uğur Formulu” mövzusunda çıxış edən Samir Süleymanov təhsilin, sosial fəaliyyətin və ilk iş təcrübəsinin çox önəmli olduğunu vurğulayıb. O, bütün gənclərə hər bir sahədə məqsədyönlü və məsuliyyətli olmağı, əzmlə çalışmağı tövsiyə edib. Gənclərin çoxsaylı suallarını cavablandıran Samir Süleymanov Miqrasiya Könüllülərinin qısa müddət ərzində keçdiyi yolu, reallaşdırdığı layihələri yüksək qiymətləndirib.

Sonda xatirə şəkli çəkilib.

RELATED ARTICLES

CAVABLA

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments