Şair Şamxal Rüstəm vəfat edib.Demokrat.az xəbər verir ki, bu barədə jurnalist Tural Turan öz “Facebook” səhifəsində məlumat paylaşıb.
“İndicə üzücü xəbər aldım. Məni ilk dəfə mətbuatda çap edən adam – ən ağır kədərləri ən şirin bozax (xalq) dili ilə ifadə edən Şamxal Rüstəm dünyasını dəyişib. Son evi işıqlı olsun! Şəmkir torpağı böyük söz adamını itirdi…”, – deyə o, qeyd edib.
Xatırladaq ki, şair son illər ağır xəstəliklərdən əziyyət çəkirdi.