Ana SəhifəGündəmMilli Məclisin növbəti plenar iclasıdır

Milli Məclisin növbəti plenar iclasıdır

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.İclasda deputatlar əvvəlcə Mərkəzi Seçki Komissiyasının üzvünün təyin edilməsi, Hesablama Palatasının auditorun təyin edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi məsələsini müzakirə edəcəklər.

Daha sonra “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Əmək pensiyaları haqqında”, “Lisenziyalar və icazələr haqqında” , “Dövlət rüsumu haqqında” qanunlara, o cümlədən Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, Mülki Prosessual Məcəlləyə, Ailə Məcəlləsinə dəyişiklikər müzakirə ediləcək.

Ümumilikdə iclasın gündəliyinə 23 məsələ daxildir.

RELATED ARTICLES

CAVABLA

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments