Ana SəhifəGündəmNizami rayonunda baş verən yanğın söndürülüb

Nizami rayonunda baş verən yanğın söndürülüb

İyunun 23-də səhər saatlarında paytaxtın Nizami rayonu ərazisində “X-Lady” və “İzabel” mağazalarının yerləşdiyi ticarət obyektində baş verən yanğın söndürülüb.

Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər aidiyyəti şəxslər gəliblər.

Eldar Əzizov jurnalistlərə müsahibəsində bildirib ki, bu cür hadisələr demək olar dünyanın bütün ölkələrində baş verir. Heç bir ölkə belə hadisələrdən sığortalanmayıb. Nizami rayonunun paytaxtın digər rayonlarından fərqi burada ticarət obyektləri baxımından sıxlığın yüksək olmasıdır. Ona görə də gələcəkdə belə hadisələrdən sığortalanmaq üçün lazımi işlər görülür. Yanğının başvermə səbəbləri obyektiv qaydada araşdırılacaq.

 

RELATED ARTICLES

CAVABLA

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments