Ana SəhifəDünyaGürcüstanın Biznes Assosiasiyası: Azərbaycan şirkətlərinə qarşı kampaniya aparılır

Gürcüstanın Biznes Assosiasiyası: Azərbaycan şirkətlərinə qarşı kampaniya aparılır

Gürcüstanın Biznes Assosiasiyası Azərbaycan şirkətlərinə qarşı sosial şəbəkələrdə aparılan kampaniya ilə bağlı bəyanat yayıb.Təşkilat Azərbaycan şirkətlərinə qarşı kampaniya cəhdlərinin yalnız mənfi nəticələr gətirəcəyini bildirib.

Assosiasiya qeyd edib ki, Azərbaycan və Gürcüstanın biznes dairələri arasında əməkdaşlıq sabit və nümunəvidir: “Bu cür kampaniyalar qonşu Azərbaycanla iqtisadi və biznes əlaqələrinin sabitliyini poza bilər. Bizim ölkələrin müstəqillikləri tarixində Azərbaycan və Gürcüstan xalqları arsındakı dostluq münasibətləri kimi işgüzar dairələr arasında da əməkdaşlıq nümunəvi olub”.

Sənəddə qeyd edilib ki, Gürcüstan ictimaiyyəti Azərbaycan şirkətlərinə qarşı aparılan kampaniyanı dəstəkləmir və bu cür cəhdlər uğursuz nəticələnəcək.

Gürcüstanın Biznes Assosiasiyası ölkədə ən böyük biznes cəmiyyətdir. Təşkilatda Gürcüstan bazarında fəaliyyət göstərən 70-dən çox şirkət təmsil olunur.

RELATED ARTICLES

CAVABLA

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments