Ana SəhifəKriminalBakıda qardaş bacısını qanına qəltan etdi

Bakıda qardaş bacısını qanına qəltan etdi

Gecə saatlarında paytaxtın Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.Oxu.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Nağıyeva Xatirə Xeyrulla qızı yaşadığı ünvanda qardaşı Nağıyev Orxan Xeyrulla oğlu tərəfindən bıçaqlanıb. 
Yaralı üç bıçaq zərbəsi alıb. X.Nağıyeva Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Ona sol bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti qənaətbəxşdir.
O.Nağıyevin yaxınlarının dediyinə görə o, son bir həftədir səhhətində ciddi problemlər yaşayıb.
Qarabasmalar, qorxu, fərqli davranışlar görsələr də, onunla bağlı aidiyyəti orqana müraciət olunmayıb.
Faktla bağlı Xətai rayon 35-ci polis bölməsində araşdırma aparılır.
RELATED ARTICLES

CAVABLA

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments