Bu gün UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Azərbaycanın “Qəbələ” klubu Lüksemburqun “Proqres” klubu ilə qarşılaşıb. Oyun “Qəbələ”nin minimal hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, ilk oyunda 2:0 hesabı ilə məğlub olan “Qəbələ” UEFA Avropa Liqasının növbəti təsnifat mərhələsinə vəsiqə qazana bilməyib.