Ana SəhifəKriminalGömrük Komitəsinin əməkdaşı qətlə yetirildi

Gömrük Komitəsinin əməkdaşı qətlə yetirildi

Sumqayıt şəhərində qətl hadisəsi törədilib.”Report”un yerli bürosu xəbər verir ki, hadisə Abşeron-Sumqayıt ərazisini birləşdirən Saray qəsəbəsi yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verib.
Abşeron rayon Saray qəsəbə sakini, 1987-ci il təvəllüdlü Əsgərov Sücayət Əhməd oğlu naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan şəxs Reanimasiya şöbəsində dünyasını dəyişib.
Sücayət Əsgərov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.
RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments