Ana SəhifəManşetTanınmış diktor Almaniyaya aparıldı

Tanınmış diktor Almaniyaya aparıldı

Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov müalicə üçün Almaniyaya aparılıb.Bu barədə APA-ya Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova məlumat verib. O bildirib ki, həkimlər müayinədən sonra R. Hüseynovun səhhəti barədə açıqlama verəcəklər:

 

“Dünən Düsseldorf şəhərindəki klinikalardan birinə gəlmişik. Hazırda həkimlər konsilium aparırlar. Mənə heç bir məlumat verilməyib, özüm də gözləyirəm ki, həkimlərin qərarı nə olacaq. Yolda problemimiz olmadı, hazırda da vəziyyəti stabildir. Nə yaxşılığa, nə pisliyə doğru dəyişiklik yoxdur”.

 

Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov xərçəngdən əziyyət çəkir. O, Türkiyədə bir neçə dəfə əməliyyat olunub.

RELATED ARTICLES
- Advertisment -
Google search engine

Most Popular

Recent Comments