GündəmManşetSiyasət

Parlamentə göndərilən sənədlərə baxılmasına münasibət bildirildi

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.İclası Milli Məclisin vitse-spikeri, komitə sədri Bahar Muradova açaraq İnsan hüquqları komitəsinin fəaliyyəti haqqında məlumat verib.

O qeyd edib ki, yaz sessiyasında Milli Məclisin İnsan hüquqları komitəsindən 506 məktub aidiyyəti qurumlara göndərilib: “Biz sənədlərin bir çoxunu aidiyyəti üzrə baxılması üçün təşkilatlara göndəririk. Həmin sənədlərə baxılır və vətəndaşlara məlumat verilir. Hansı sənəd üçün yazılı cavab istəyiriksə, onu da alırıq”.

O, Milli Məclisin göndərdiyi sənədlərə baxılmaması ilə bağlı iddialara da münasibət bildirib: “Deyirlər, guya Milli Məclisdən göndərilən sənədlər cavablandırılmır. Qətiyyən belə deyil. Biz hansı sənədə cavab istəyiriksə, ona uyğun da cavablar alırıq. Məsələn, göndərdiyimiz 506 məktubdan 93-ü nəzarətə götürülüb. Onların da 81-nə yazılı cavab alınıb. Bütün bu məsələlər müsbət həll olunur. Ümumilikdə isə 506 sənəddən 270-nə baxılıb”.