Siyasət

Azay Quliyev Bişkekə gedir

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev və deputat Tahir Mirkişili qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 2-dən 6-dək Qırğızıstanda səfərdə olacaqlar.

Aktor.Az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb (http://www.meclis.gov.az/?/az/news/view/4169/)

Bişkək şəhərində keçiriləcək toplantıda 3 sessiya çərçivəsində etimad və regional əməkdaşlıq vasitəsi ilə sərhəd bölgələrində yeni çağırış və təhdidlərə qarşı mübarizə, Aralıq Dənizi Forumu və vətəndaşların təhlükəsiz cəmiyyətlərin qurulmasında iştirakının gücləndirilməsi barədə məsələlər müzakirə olunacaq.

Sessiyada Avropanın 57 ölkəsindən 300-dən çox deputatı iştirak edəcək.

Sessiya çərçivəsində Azay Quliyevin sədri olduğu İpək Yolu Dəstək Qrupunun iclası da keçiriləcəkdir.