Media

“ARB 24”ə yeni rəhbər gətirildi

Bu gün “ARB 24” telekanalının yeni icraçı direktorunun təyinatı baş tutub.”ARB Media Qrup”un mətbuat xidmətindən verilən məlumata görə, tanınmış jurnalist Radik İsmayılov “ARB 24”ə icraçı direktor təyin olunub.
Qeyd edək ki, Radik İsmayılov bu günə qədər “ARB 24”də baş redaktor vəzifəsində çalışırdı.