Aktor TvDünyaGündəmİdmanManşetVideo xəbərXəbər xətti

Zidan və Ronaldo ən yaxşılar seçildilər – VİDEO

Ötən gün Londonda ötən mövsümün ən yaxşılarının mükafatladırılma mərasimi keçirilib. Aktor.Az xəbər verir ki, İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi fransalı Zinəddin Zidan “FİFA” versiyası üzrə ilin ən yaxşı məşqçisi seçilib.

 

Z.Zidan 2016-17 mövsümündə “Real Madrid” klubu ilə İspaniya “La Liqa”sının çempionu, Çempionlar Liqasının qalibi, İspaniya və “UEFA” Superkubokunun qalibi olub.

 

Həmin gecədə ilin ən yaxşı futbolçusunun adı da məlum olub.Kral klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu “FİFA” versiyası ilə ilin ən yaxşı futbolçusu seçilib.

 

Ronaldu 2016-17 mövsümündə İspaniya “La Liqa”sının çempionu, Çempionlar Liqasının qalibi, İspaniya və “UEFA” Superkubokunun qalibi olub. Bundan əlavə portuqaliyalı hücumçu Çempionlar Liqasında 13 oyuna 12 qol vuraraq turnirdə mövsümün ən çox qol vuran oyunçusu olub.