Xəbər xətti

“Bakmil” istirahət günlərində necə işləyəcək?

“Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə çatdırır ki, “Bakmil” stansiyası qarşıdakı istirahət günlərində də adi qaydada işləyəcək.Bu barədə qurumdan Aktor.Az-a daxil olan məlumatda deyilir.

Təmir işləri ilə əlaqədar sərnişinlərin giriş-çıxışına qoyulmuş məhdudiyyət (saat 8:20-dən 17:00-a qədər) şənbə və bazar günləri, yəni 18-19 avqust tarixlərində tətbiq edilməyəcək.

Sərnişinlərimiz “Bakmil” stansiyasına və əksinə hərəkət edən qatarlardan istirahət günlərinin hərəkət cədvəlinə uyğun istifadə edə bilərlər.

Qeyd edək ki, yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində sərnişinlərin “Bakmil” stansiyasına giriş-çıxışı avqust ayının 8-dən, müvəqqəti, 8:20-dən 17:00-a qədər məhdudlaşdırılıb.

Qeyd edilən saatlarda məhdudiyyət yeni iş həftəsinin əvvəlindən – avqust ayının 20-dən tətbiq ediləcək.